SON XƏBƏR

Tramp Putini Ağ Evə dəvət etdi

Aprel 20
11:45 2018
ABŞ prezidenti Donald Tramp Rusiya prezidenti Vladimir Putini Vaşinqtona dəvət edib.

Qaynarinfo xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Rusiyanın xarici işlər naziri Sergey Lavrov mətbuata açıqlama verib.

Onun sözlərinə görə dünyanın supergüc dövlətlərinin liderləri arasında telefon görüşməsi olub. Tramp Putini Ağ Evdə görməkdən məmnunluq duyacağını ifadə edib, Putin də həmkarı ilə görüşə hazır olduğunu bildirib.

Lavrov Putin və Trampın iki ölkə arasındakı gərginliyin silahlı münaqişəyə çevrilməsinə yol verməyəcəklərini diqqətə çatdırıb.

Nazir həmçinin ABŞ və müttəfiqlərinin Suriyada gerçəkləşdirdikləri raket hücumlarından öncə Moskvanın öz mövqeyini açıq şəkildə Vaşinqtona bildirildiyini və sözügedən hücumlarda Rusiyanın qoyduğu qırmızı xəttin keçilmədiyini söyləyib.

Qeyd edək ki, ötən həftə Tramp "Twitter" hesabında yazdığı, "Hazır ol, Rusiya, raketlər gəlir", mesajı ilə dünyanı alt-üst etmişdi.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook