SON XƏBƏR

Tramp Pekini texnoloji oğurluqda suçladı: Çin alimlərinin ABŞ-a girişi yasaqlandı

May 30
14:10 2020
Çindən ABŞ-a alim və aspirant tələbələrin girişi qadağan ediləcək. 

Qaynarinfo xəbər verir ki, bu qərarı ABŞ Prezidenti Donald Trampın Ağ Evdə yayımlanan bülleten mətnində yer alıb.

Bülletendə bildirilib ki, qadağa ölkənin əqli mülkiyyətini və texnologiyasını qorumaq məqsədi ilə qoyulub. Qərarda immiqrant olmayan, araşdırma və ya təhsil almaq üçün F və ya J vizaları ilə gələn ÇXR vətəndaşlarının girişinin məhdudlaşdırlacağı planlaşdırılır. Ölkəyə qanuni olaraq gələn tələbələr istisnadır.
Bülletenində qeyd olunur: "Çin ABŞ təhlükəsizliyini və iqtisadiyyatını təhdid edən ABŞ texnologiyasını oğurlayır".

Xatırladaq ki, mayın əvvəlində ABŞ Ticarət Departamenti 24 Çin iş adamı və hökumət təşkilatına sanksiya tətbiq edib. Buna cavab olaraq Çin ABŞ-dakı bəzi siyasi qüvvələrin ölkələri "yeni soyuq müharibə"yə doğri itələdiyini bəyan edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook