SON XƏBƏR

Tramp Obamanı söyən liderlə dostlaşır

Aprel 21
00:09 2017
ABŞ Prezidenti Donald Tramp bu ilin noyabrında ASEAN ölkələrinin sammitində iştirak etmək üçün Filippinə səfər edəcək.
 
Axar.az xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında ABŞ-ın Filippindəki səfiri Marsiano Peynora söyləyib.
 
Qeyd edək ki, ABŞ-Filippin münasibətləri Obamanın hakimiyyəti dövrünün sonlarına yaxın pisləşmişdi. Vəziyyət hətta o həddə çatmışdı ki, Filippin lideri Rodriqo Duterte Obamanı tənqid edib, Rusiya və Çinlə yaxınlaşmaq istədiyini bildirmişdi.
 
Filippin hazırda ABŞ-ın bölgədəki əsas müttəfiqlərindən biri sayılır. Burada ABŞ-ın ən böyük bazalarından biri yerləşir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook