SON XƏBƏR

Tramp: "İranla biznes aparanlar ABŞ-la biznes apara bilməyəcəklər"

Avqust 07
16:03 2018
İrana qarşı sanksiyaların bərpa olunmasını şərh edən ABŞ prezidenti Donald Tramp bildirib ki, heç kəs eyni zamanda Vaşinqtonla və Tehranla biznes apara bilməz.

"İrana qarşı sanksiyalar rəsmi olaraq tətbiq edilib. İndiyə kimi tətbiq edilmiş sanksiyalardan fərqli olaraq, daha çox zərər verəcək bu sanksiyalar noyabrda daha yeni səviyyəyə qaldırılacaq. İranla biznes aparanlar ABŞ-la biznes apara bilməyəcəklər. Mən bütün dünyada sülh istəyirəm, başqa heç nə”, - Tramp özünün "Twitter” mikrobloqunda yazıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook