SON XƏBƏR

Tramp generalı özünə müşavir təyin etdi

Fevral 21
13:26 2017
ABŞ prezidenti Donald Tramp milli təhlükəsizlik üzrə müşavir vəzifəsinə general-leytenant Herbert Makmasteri təyin edib.
 
Azvision.az bildirir ki, Tramp onu istedadlı, təcrübəli və hörmətli adam adlandırıb.
 
Qeyd edək ki, fevralın 14-də ABŞ prezidenti Donald Trampın milli təhlükəsizlik məsələləri üzrə köməkçisi Maykl Flinn vəzifəsindən istefa verib.
 
Onun istefasına səbəb ötən ilin dekabrında Moskvanın Vaşinqtondakı səfiri Sergey Kislyakla Rusiyaya qarşı sanksiyalara dair apardığı müzakirə barədə Donald Trampı düzgün məlumatlandırmaması göstərilib.
 
Bir müddət əvvəl o, Ağ Ev administrasiyasını düzgün məlumatlandırmadığı üçün vitse-prezident Mayk Pensdən üzr istəyib.







Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook