SON XƏBƏR

Tramp Ərdoğana telefon açdı - Liviyadakı vəziyyət müzakirə olunub

Yanvar 16
14:27 2020
ABŞ prezidenti Donald Trampla Türkiyə prezidenti Rəcəb Tayyib Ərdogan arasında telefon danışığı olub. İki prezident İran, Suriya və Liviyadakı vəziyyəti müzakirə ediblər.

Qlobal.az "Azadlıq" radiosuna istinadən xəbər verir ki, bu barədə ayrılıqda hər iki prezidentin adminstrasiyası məlumat yayıb.

Amma tərəflər danışıqların detalları barədə hələlik ətraflı məlumat verməyiblər.

Qeyd edək ki, İranın yanvarın 8-də Tehranda Ukraynanın sərnişin təyyarəsini raketlə vurmasından sonra Qərblə İran arasında münasibətlər daha da gərginləşib. Həmçinin buna etiraz olaraq İranda kütləvi aksiyalar keçirilir. Aksiyaçılar hakimiyyəti xalqa yalan satmaqda ittiham edir.

Xatırladaq ki, öncə təyyarənin vurulduğunu inkar edən İran hakimiyyəti sonradan etiraf elədi ki, onu ölkənin hava hücumlarından müdafiə qüvvələri səhvən vurub.

Bu arada verilən məlumata görə isə Almnaiya kansleri Angela Merkel yanvarın 19-da Berlində Türkiyə, Rusiya, ABŞ, Böyük Britaniya, Çin, Fransa və İtaliya liderlərinin iştirakı ilə Liviyadakı silahlı münaqişəni müzakirə etməyi planlaşdırır.

BMT-nin baş katibi Antonio Gutteresdə bu görüşə qatılmalıdır.

Qeyd edək ki, hazırda Liviyada, beynəlxalq aləm tərəfindən tanınan Tripoli hökuməti və Rusiyanın dəstəklədiyi general Xəlifə Həftarın dəstəsi arasında savaş gedir. Türkiyə bu münaqişədə Tripoli hökumətinin tərəfini saxlayır.

Bu günlərdə Rusiya və Türkiyənin təşəbbüsü ilə Moskvada keçirilən Liviya danışıqları heç bir nəticə verməyib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook