SON XƏBƏR

Tramp bir sözünə görə Agentlik direktorunu istefaya göndərdi

Noyabr 18
14:07 2020
ABŞ Prezidenti Donald Tramp ABŞ Kiber və İnfrastruktur Təhlükəsizliyi Agentliyinin (CISA) direktoru Kris Krebsi işdən çıxarıb.

Qaynarinfo xəbər verir ki, Tvitterdəki bir yazısında Tramp qərarını Krebsin seçkidə "ölü canların” səs verməsi də daxil olmaqla çox sayda pozuntu və saxtakarlıq ”olmasına baxmayaraq, 2020 seçkilərinin təhlükəsizliyi ilə bağlı verdiyi açıqlamanın "son dərəcə yanlış” olduğunu deyib.

Tramp "pozuntular" arasında müşahidəçilərin iddia edilən kənarlaşdırılması, səsvermə maşınlarındakı nasazlıqların "səsləri Trampdan Baydenə dəyişdirməsi", gec səsvermə və "xeyli başqa şeylər" olduğunu iddia edib.

Xatırladaq ki, bu açıqlamalara dair hələ heç bir dəlil təqdim edilməyib, Tramp qərargahının məhkəmə iddiaları isə məhkəmələrin çoxu tərəfindən rədd edilir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook