SON XƏBƏR

Tramp Ancelina Colinin atasına vəzifə verdi

Mart 27
12:19 2019
ABŞ prezidenti Donald Tramp aktrisa Ancelina Colinin atası Con Voytu vəzifəyə təyin edib.

Qaynarinfo Hollywood Reporter-ə istinadən xəbər verir ki, Oskar mükafatlı aktyor Con Voyt Con Kennedi İncəsənət Mərkəzinin Qəyyumlar Şurasında yer alacaq. Voytun təyinat dövrü 2024-cü ilin sentyabr ayında yekunlaşacaq.

Qeyd edək ki, aktyor mühafizəkar siyasi mövqeyi və Donald Trampa verdiyi dəstəklə bilinir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook