SON XƏBƏR

Tramp: “ABŞ Şimali Koreyanın istənilən hədəsinə cavab verməyə hazırdır”

Avqust 15
14:24 2017
ABŞ prezidenti Donald Trampla Yaponiyanın baş naziri Sindzo Abe arasında telefon danışığı baş tutub. Söhbət zamanı iki ölkənin lideri KXDR ətrafında yaranmış vəziyyəti müzakirə edib.
 
"Tramp təsdiq edib ki, ABŞ müdafiə olunmağa və Şimali Koreya tərəfindən Ştatlara və onların müttəfiqlərinə - Yaponiyaya və Cənubi Koreyaya qarşı istənilən hədəyə və hərəkətə qarşılıq verməyə hazırdır”, - virtualaz.org "Reuters”ə istinadən xəbər verir ki, bu barədə Ağ Evin bəyanatında deyilir.
 
Qeyd olunur ki, Abe öz növbəsində dövlətlərin əməkdaşlıq edərək, Şimali Koreyaya raket buraxılışını həyata keçirməyə imkan verməmək istiqamətində işləməsinin zəruriliyini bildirib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook