SON XƏBƏR

Tramp ABŞ-ın Əfqanıstandakı ordunun başına general Milleri gətirir

May 30
09:46 2018
ABŞ prezidenti Donald Tramp general-leytenant Ostin Millerin namizədliyini ABŞ və NATO-nun Əfqanıstandakı qoşunları komandanı vəzifəsinə irəli sürüb.
 
"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə ABŞ-ın Müdafiə Nazirliyinin mətbuat xidmətinin çərşənbə axşamı yayılan məlumatında deyilir.
 
İndi onun namizədliyi ABŞ Konqresinin Senatı tərəfindən nəzərdən keçirilməlidir. Uğur qazanacağı təqdirdə o, general Con Nikolsonu əvəz edəcək. Millər hazırda ABŞ Silahlı Qüvvələrinin Birləşmiş xüsusi əməliyyatlar komandanlığına rəhbərlik edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook