SON XƏBƏR

Traktorçu həkimliklə 500 min dollar qazandı - Şok

Aprel 27
00:21 2017
Özbəkistanda traktor sürücüsü saxta sertfikatla həkimlik edərək nə az, nə çox 500 min dollar gəlir əldə edib.
 
Axar.az xəbər verir ki, hadisə ölkənin Buxara vilayətində baş verib.
 
Belə ki, Qəhrəman Pulatov adlı özbək guya Qazaxıstan Səhiyyə Nazirliyinin verdiyi Beynəlxalq Psixoloqlar, Həkimlər və Ənənəvi Tibb Dərnəyi sertifikatı əldə edib.
 
Bir il əvvəl tibbi xidmətin təşkil edilməsi məqsədilə özəl şirkət açan Pulatov yaxın qohumlarını da bu işə cəlb edib. Fəaliyyət göstərdiyi 1 il ərzində saxta həkim 500 min dollar qazanıb.
 
Olay məlum olduqdan sonra cinayətkar hüquq-mühafizə orqanları tərəfindən yaxalanıb.
 
Buxara Məhkəməsi Pulatovun 8 il müddətinə həbs və cərimə edilməsi barədə qərar çıxarıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook