SON XƏBƏR

Tovuzun işdən çıxarılan icra başçısı: "Nahara getmişdim, qayıdanda dedilər ki..."

İyun 07
15:54 2018
Tovuz rayon İcra Hakimiyyətinin keçmiş başçısı Tofiq Zeynalov işdən çıxarılması haqda xəbəri musavat.com-a şərh edərkən deyib ki, sərəncam haqda ona elə indi məlumat veriblər:

"Nahar fasiləsindən qayıtdıqdan sonra eşitdim ki, vəzifədən azad edilmişəm. Allah cənab prezidentdən razı olsun. Şübhəsiz ki, islahatlar davam etdirilməlidir. Yeni kadrlar gəlməlidir. Bizə tapşırılan bu vəzifəni yerinə yetirdik, bizdən sonra gələnlər də, inanıram, yüksək səviyyədə işlərinin öhdəsindən gələcəklər".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook