SON XƏBƏR

Tovuz sakini prezidentdən kömək istəyir

Fevral 20
01:19 2017
Tovuz rayon sakini Ağayeva Kəmalə Əlicabbar qızı üzləşdiyi haqsızlığa son qoyulması üçün ölkə başçısına müraciət ünvanlayıb.
 
Müraciəti olduğu kimi təqdim edirik:
 
 "Mən Ağayeva Kəmalə Əlicabbar qızı  Tovuz rayonu N.Nərimanov küçəsi ev 47-də   (Tel: 051-451-22-37) yaşayıram. Sizə ərz edirəm ki,  17.02.2017-ci  il  tarixində  təxminən axşam   saatlarında  xəbər tuddum ki, qızım Vəliyeva Şəhla Vidadi qızı 09.02.2017-ci il tarixində gecə saat 12:00 radələrində 99-EP-022 nomrəli, "PRADO”  markalı avtomobildə Xızı rayonunda yol qəzasına düşüb və ağır yaralı vəziyyətdə " Semaşko” adlanan Kliniki Tibbi Mərkəzin reanimasiya şöbəsinə yerləşdirilib.  Bu xəbəri eşidən kimi mən Tovuz rayonundan  avtobusa  oturaraq Bakı şəhərinə gəldim. Qızım Vəliyeva Şəhlanın durumu çox ağırdır. Həddən artıq çox qan itirib. Çanaq sümüyü qırılaraq qarın boşluğunu deşib. Hal-hazırda həkimlər narkotik tərkibli iynələr vuraraq ağrılarının qabağını müvəqqəti alırlar.Avtomobili idarə edən Nahid adlı şəxs yuksək miqdarda spirtli içki qəbul etdiyi üçün yüksək sürətlə avtomobili idarə edirmiş. Şahidlərin dediyinə görə Nahid adlı şəxsi məsuliyyətdən yayındırmaq məqsədi ilə polislər hadisəni Hüseyin adlı başqa bir şəxsin boynuna atmaq istəyirlər.
 

 
İlkin qoyulmuş diaqnozda məlum olmuşdur ki, qızım Vəliyeva Şəhlanın çanaq sümüyu avtoqəza nəticəsində bərpası mümkün olmayacaq dərəcədə cox sayda qəlpəli qırılmışdır. Eyni zamanda qızımın  diz qapağı qırılmış və sifətində kəsilmiş yaralarla müşahidə edilən kəllə beyin travması almışdır. Mən bütün bu olanlardan xəbər tutanda artıq cinayətkarlardan biri (Şahin adlı şəxs) qızımı izi itirmək məqsədi ilə "Semaşko”-dan  travmatologiya institutuna (Nəsimi bazarının yanındakı) köçürmüşdür. Aldığım məlumata görə həmin şəxslər hal- hazırda məsuliyyətdən yayınmaq məqsədi ilə qızımın ağır xəsarət aldığını gizlətmək üçün həkimlərlə və Xızı rayon polis şöbəsi ilə qanundan kənar danışıqlar aparır. Hətta eşitdiyimə görə Xızı rayon polis şöbəsinin rəisi cinayət işini ört -basdır etmək üçün həmin Nahid adlı şəxsdən 20 min  manat rüşvət tələb edib.
 
Cənab prezident,  əgər bu cinayətkarlar  öz məqsədlərinə çatsalar və bu cinayəti ört- basdır etsələr, bu işdə szin də məsuliyyətiniz olacaq. Əgər ədalətin üzə çıxması, cinayətkarların cəzalandırılması sizin üçün önəmlidirsə, səlahiyyətinizdən istifadə edib, bu məsələni ciddi araşdırın. Qızım Vəliyeva Şəhla ömürlük şikəst qalacaq bir xəsarət alıb və həkimlərin dediyinə görə Azərbaycanda müalicəsi mümkün deyil. Qızımın həyatda qala bilməsi üçün isə təxminən 40-50 min ABŞ dolları vəsait tələb olunur. Yalvarıram yardım edin”
 
Qarşı tərəfin mövqeyini də dərc etməyə hazırıq.
 
(Azadlıq.info)
 
Qlobal.az





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook