SON XƏBƏR

Toğrul Türkeş: "QDİƏT daha səmərəli iş üçün islahatlara ehtiyac duyur"

May 21
16:34 2017
Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) səmərəliliyinin artırılması məqsədi ilə islahatların aparılması yolları təşkilatın qarşıdakı görüşündə müzakirə olunacaq.
 
"Report" TASS-a istinadən xəbər verir ki, bunu Türkiyə baş nazirinin müavini Toğrul Türkeş qurumun Xarici İşlər Nazirləri Şurasının bazar günü keçirilən xüsusi iclasında deyib.
 
"Hətta Avropa İttifaqı kimi təşkilatlar da yenilənmə zərurəti hiss edir, biz də bu tendensiyadan kənarda qala bilmərik, bizə təşkilatı daha da səmərəli etmək üçün islahatlar lazımdır", - deyə o bildirib.
 
O, QDİƏT liderlərinin müzakirə edəcəyi əsas mövzular arasında ticarət və iqtisadi inkişaf, energetika, təhsil, kənd təsərrüfatı və kiçik biznesin inkişafı məsələlərini qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook