SON XƏBƏR

Tofiq Yaqublu ilə bağlı danışıqlar gedir - Hüquq müdafiəçisi

Sentyabr 11
11:54 2020
"Tofiq Yaqublu ilə bağlı danışıqlar gedir”.

Bunu Qaynarinfo-ya açıqlamasında Qadın Hüquqlarını Müdafiə Cəmiyyətinin sədri, hüquq müdafiəçisi Novella Cəfəroğlu həbsinə etiraz olaraq 10 gündür aclıq aksiyası keçirən Müsavat Partiyasının üzvü Tofiq Yaqublunun vəziyyətindən danışarkəın deyib. O bildirib ki, Tofiq Yaqublunun tezliklə azadlığa çıxması ilə bağlı müraciətlər olunur:

"Biz müraciət etmişik. Tofiq Yaqublu ilə bağlı bu gün də müraciətlərimiz davam edir. Gözləyirik. Danışıqlar gedir. Biz ümidimizi itirmirik. Ümidimiz coxdur”.
Qeyd edək ki, Tofiq Yaqublu bu il martın 22-də saxlanılıb. Ona qarşı Cinayət Məcəlləsinin 221.3-cü (xuliqanlıq, silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) maddəsi ilə cinayət işi başlanılıb.

Sentyabrın 1-də Nizami Rayon məhkəməsində Tofiq Yaqublunun məhkəmə prosesi keçirilib. Nəriman Mehdiyevin sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı çıxış edərək Tofiq Yaqublunun 4 il 6 ay müddətinə ciddi rejimli cəzaçəkmə müəssisəsində azadlıqdan məhrum edilməsini istəyib. 


Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook