SON XƏBƏR

Timur Əsgərov “Kralın əyləncəsi” baletində baş rolda çıxış edəcək

İyun 20
10:09 2017
İyunun 24-də Sankt-Peterburq Dövlət Akademik Mariya Teatrında Jan-Filip Ramonun "Kralın əyləncəsi” baleti nümayiş olunacaq.
 
Qlobal.az teatrın saytına istinadla xəbər verir ki, səhnə əsərində Kral obrazını həmvətənimiz Timur Əsgərov canlandıracaq. Balet "Bəyaz gecənin ulduzları” XXV musiqi festivalı çərçivəsində nümayiş etdiriləcək.
 
Tamaşanın premyerası 2015-ci ildə Mariya Teatrında olub.
 
T.Əsgərov 2008-ci ildə Bakı Xoreoqrafiya Akademiyasını bitirib, Azərbaycan və Ukrayna Milli Opera və Balet teatrında çalışıb. O, 2011-ci ildən Mariya Teatrının truppasında fəaliyyət göstərir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2014-cü il 1 fevral tarixli Sərəncamı ilə T.Əsgərov Gənclər üçün Prezident Mükafatına layiq görülüb. Gənc balet artisti 2015-ci ildə Rusiya Böyük Teatrının səhnəsində görkəmli Azərbaycan bəstəkarı Arif Məlikovun "Məhəbbət əfsanəsi” baletində Fərhadın partiyasını oynayıb. O, Mariya Teatrı truppası ilə birlikdə Avropa, Amerika və Asiya ölkələrində qastrolda olub.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook