SON XƏBƏR

Tillersonun sözünü kəsdilər - Lavrovla görüşdə

Fevral 16
22:56 2017
ABŞ-ın yeni dövlət katibi Reks Tillersona Rusiyanın xarici işlər naziri Lavrovla görüşü zamanı giriş sözünü deyib qurtarmağa macal verməyiblər.
 
AzNews.az RiaNovosti-yə istinadən xəbər verir ki, "Təşəkkür, cənab Lavrov, mən də sizi görməyə şadam!" cümləsini deyib bitirməmiş, görüşün Amerika tərəfinin təşkilatçıları jurnalistlərdən iclas zalını tərk etməyi xahiş ediblər.
 
Lakin, jurnalistlər dərhal xahişi yerinə yetirməyiblər. Həmin vaxt ABŞ-ın AP agentliyinin əməkdaşı Mettyu Li Lavrova sual verməyə vaxt tapıb. O, Lavrova Vaşinqtonda baş verən siyasi canlanmanın Rusiya-ABŞ münasibətlərinə necə təsir etməsi barədə sual verib. Lavrovsa cavabında bildirib ki, biz dövlətlərin daxili işlərinə qarışmırıq.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook