SON XƏBƏR

Tillerson: “ABŞ Suriyada hərbi iştirakını davam etdirməyi planlaşdırır”

Yanvar 18
01:55 2018
ABŞ İŞİD qruplaşmasının darmadağın edilməsindən sonra da Suriyada hərbi iştirakını davam etdirməyi planlaşdırır.
 
APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ-ın dövlət katibi Reks Tillerson bəyan edib.
 
"Hərbi missiyamız bir sıra şərtlərdən asılıdır. Biz əmin olmalıyıq ki, terrorçular bir daha Suriyada başlarını qaldırmayacaq. Biz 2011-ci ildə buraxılan səhvlərin təkrarlanmasına imkan verməməliyik. O zaman İraqı tərk etməyimiz "Əl-Qaidə”nin sağ qalaraq İŞİD-ə çevrilməsinə gətirib çıxardı”, deyə R.Tillerson.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook