SON XƏBƏR

Tikinti şirkətlərinin sayğac fırıldağı

İyul 27
08:10 2016
Vətəndaşlar mənzillərini təmir etməmiş sayğacpulu ödəməyə məcbur edilir
 
Ölkənin tikinti sektorunda baş verən qanunsuz hallar yetərincədir. Yeni tikilən binaların qəbul edilməsindən tutmuş, təmirə qədər müşahidə edilən problemlər insanların əziyyətlərlə qarşılaşmasına gətirib çıxarır. Süni yaradılan problemlər mənzil həsrəti çəkən insanların nəhayət ki, bu sevinci yaşamasına imkan vermir. Vətəndaşların mənzillə bağlı daha çox üzləşdiyi problemdən biri də sayğaclarla bağlıdır. Yeni tikintilərin əksəriyyətində mənzilin təmirinə başlamamış vətəndaşlardan sayğacların pulunu ödəmək tələb edilir. Halbuki, qanunvericilik vətəndaşların bu cür hallara məcbur edilməsini qadağan edir.
 
Xatırladaq ki, Nazirlər Kabinetinin bəzi qərarlarına əlavə və dəyişikliklərlə 6 yanvar 2010-cu ildə bu məsələ vətəndaşların xeyrinə həll olunub. Həmin tarixdə qəbul edilən qərarda deyilir ki, fiziki şəxs olan istehlakçıların  sayğaclarla təchiz edilməsi, onların quraşdırılması və  dəyişdirilməsi enerji təchizatı müəssisəsinin hesabına həyata keçirilir. Lakin vətəndaşlar bir qayda olaraq, təmirdən öncə sayğacların pulunu ödəməyə məcbur edilirlər. Insanları düşündürən əsas sual da məcbur edildikləri işə görə hara və kimə müraciət etmələridir.

"Hüquqi Dövlət” Araşdırmalar Fondunun rəhbəri, vəkil Müzəffər Baxışov deyir ki, şirkət rəhbərləri yeni tikilən binalarda öz qaydalarını tətbiq etməklə idarəetməni həyata keçirirlər. Bu qaydalar mövcud qanunverciliyin tələblərinə uyğun olmasa da, insanlar tələb edilən xidmət haqlarını ödəməyə məcbur edilirlər: "Əslində, tərəflər arasında bağlanan müqavilələrdə vətəndaşlar onlara hansı xidmətlərin göstərilməsi barədə bəndlərlə tanış olmalıdılar. Hansı xidmətlərə görə nə qədər pul alınacağı da göstərilməlidir. Lakin belə müqavilələr yoxdur və mənzillərin açarları tikinti şirkətlərində olduğu üçün onlar da istədiklərini edirlər. Açarları vətəndaşlara vermədiklərindən onlar da məcbur olub, tələb edilən xidmət haqqını ödəyirlər. Bütün bu məsələlər müqavilələrlə tənzimlənməlidir. Lakin xidmət göstərən təşkilat öz üzərinə heç bir vəzifə götürmür. Ölkədə hüquqi dövlət olmadığı üçün belə problemlər yaşanır. Insanlar məhkəmələrdə də öz hüquqlarının bərpasına nail ola bilmirlər. Nəticədə vətəndaşlar tikinti şirkətlərinin qanunsuz tələblərini yerinə yetirməyə məcbur olurlar”.(Azadlıq.info)
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook