SON XƏBƏR

Tiflisdə xüsusi təyinatlılar aksiyaya müdaxilə etdi: parlamentin ətrafı təmsizlənir

Noyabr 18
18:20 2019
Xüsusi təyinatlılar Tiflisdə parlamentin ətrafını etirazçılardan təmizləməyə başlayıb.

Qaynarinfo xəbər verir ki, xüsusi təyinatlılar aksiya iştirakçılarının canlı səddini yarıb.

Hazırda Rustaveli prospektində aksiyanın dağıdılması davam etdirilir. Aksiya iştirakçıları ilə polis arasında qarşıdurma yaranıb. Buna baxmayaraq, polis aksiya iştirakçılarının quraşdırdığı çadırları dağıdıb və parlamentin iki girişi etirazçılardan təmizlənib. 

Aksiyanın dağıdılmasında su şırnağından da istifadə olunur, 10-dan çox etirazçı saxlanılıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook