SON XƏBƏR

Tibb və qeyri-tibb işçilərinə müddətli əlavələr ödənilib

Oktyabr 16
11:09 2020
Yeni növ koronavirus (COVID-19) infeksiyası ilə mübarizə tədbirlərində iştirak edən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin müəyyən edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 25 mart tarixli 112 nömrəli Qərarında dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 iyun 2020-ci il tarixli 202 nömrəli qərarına əsasən sentyabr ayı ərzində tibb işçilərinin əmək haqlarına müddətli əlavələr ödənilib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, nazirliyinin tabeliyində olan tibb müəssisələri üzrə 1220 tibb işçisinə 850 min manat məbləğində müddətli əlavə ödənilib.
Qeyd edilən işçilərin əmək haqlarına müddətli əlavələr yeni növ koronavirus infeksiyası ilə mübarizəyə cəlb edilmiş iş vaxtına mütənasib olaraq ödənilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook