SON XƏBƏR

“The New Yorker” jurnalı başlığını rus dilində çap edəcək

Fevral 24
23:07 2017
ABŞ-da dərc edilən məşhur "The New Yorker” jurnalının yeni nömrəsinin üz qabığında nəşrin adı rus dilində yazılacaq, üz qabığının özündə isə Vladimir Putinin rəsmi veriləcək.
 
Virtualaz.org TASS agentliyinə istinadən xəbər verir ki, jurnalın yeni sayı mart ayının əvvəllərində dərc ediləcək. Bu barədə Amerika nəşrinin rəsmi saytında məlumat verilib.
 
Üz qabığındakı şəkildə Putin böyüdücü şüşə ilə kəpənəyə tamaşa edir. Kəpənək isə ABŞ prezidenti Donald Trampdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook