SON XƏBƏR

Teymur Rəcəbov Millətlər Kubokunda mübarizəyə heç-heçə ilə başladı

May 06
00:20 2020
Bu gün şahmat üzrə onlayn Millətlər Kubokuna start verilib. Teymur Kubokda mübarizəyə heç-heçə ilə başlayıb.

Azərbaycanlı qrossmeyster Teymur Rəcəbovun da yer aldığı dünya yığması birinci raundda Çin komandasına məğlub olub. Belə ki, dünya yığmasının heyətində mübarizə aparan T.Rəcəbov və FIDE-ni təmsil edən iranlı Əlirza Firuzca çinli rəqibləri ilə qarşılaşmanı heç-heçə başa vurublar. Komandanın digər üzvləri misirli Bassem Amin və ukraynalı Mariya Muzıçuk mübarizədən məğlub ayrılıblar.

Turun digər oyunlarında Avropa Rusiya, Hindistan ABŞ yığmaları ilə heç-heçə ediblər.

Qeyd edək ki, 6 komandanın iştirakı ilə keçirilən yarışın mükafat fondu 180 min ABŞ dollarıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook