SON XƏBƏR

Təyin olunan yeni müavin nazirin tələbə yoldaşı çıxdı...

Yanvar 12
12:54 2017
Xəbər verdiyimiz kimi, prezident İlham Əliyev təhsil nazirə yeni müavin təyin edib. Dövlət başçısının sərəncamına əsasən, Mətin Eynullayev bundan sonra Mikayıl Cabbarovun müavini olacaq.

Qaynarinfo.Az xəbər verir ki, Eynullayev Mətin Balasən oğlu indiyədək Təhsil Nazirliyinin Aparat rəhbəri postunu tuturdu. 

O, uzun müddətdir ki, Mikayıl Cabbarovla birlikdə çalışır. Belə ki, Mikayıl Cabbarov Azərbaycan Respublikası Nazirlər Kabineti yanında "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi olduğu vaxtda o, bu idarədə hüquqşünas və Aparat rəhbəri vəzifələrində çalışıb. Cabbarov 2013-cü ildə təhsil naziri təyin edildikdən sonra onu da nazirliyə dəvət edərək, Aparat rəhbəri postunu həvalə edib. 

Bəzi məlumatlara görə, Mətin Eynullayev təhsil nazirinin tələbə yoldaşıdır.
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook