SON XƏBƏR

Terrorçularla işbirliyinə gedən partiya sədri şəhidin dəfnində döyüldü - VİDEO

Aprel 21
19:54 2019
Hakkaridə PKK terrorçuları ilə atışmada şəhid olan Türkiyə ordusunun zabiti Yener Kırıkçı Ankaranın Çubuk Akkuzu məhəlləsində dəfn edilib.

Dəfn mərasimində gərginlik yaranıb. Belə ki, Ankara bələdiyyə sədri Mansur Yavaşla birlikdə mərasimə qatılan Cumhuriyyət Xalq Partiyasının (CHP) lideri Kamal Kılıçdaroğlu hücuma məruz qalıb. 

Əvvəlcə Kılıçdaroğlunun əleyhinə şüarlar səsləndirən bir qurup daha sonra ona hücum edib. Bir nəfər CHP liderinə yumruq atıb. Partiya rəhbərinin eynəyi yerə düşərək sınıb. Mühafizəçilər Kılıçdaroğlunu ərazidən çıxarıb. 

Təhlükəsizlik orqanları evin ətrafına toplaşan qurupu uzaqlaşdırmaq üçün əməliyyata başlayıb. Həmin qurup Kılıçdaroğlunun olduğu evi daşa basıb.
 
Qlobal.az olaraq xatırladaq ki, ötən il Türkiyənin Daxili İşlər Naziri Süleyman Soylu CHP-lilərin kürd terrorçulara yaxın olan partiyalarla əməkdaşlıq etdiklərinə görə şəhidlərin dəfnində iştirak etmələrinin düzgün olmadığını bildirmişdi:
 
 
Kılıcdaroğlunun şəhid dəfnində döyüldüyü video:




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook