SON XƏBƏR

Ötən rüb nəqliyyat sektorunda yükdaşıma manat ifadəsində 12% bahalaşıb

Aprel 11
11:32 2017
2017-ci ilin yanvar-mart aylarında ötən ilin eyni dövrünə nisbətən nəqliyyat sektorunda yükdaşıma qiymətləri milli valyutada 12,4% artıb.
 
Dövlət Statistika Komitəsindən "APA-Economics"ə verilən məlumata görə, cari ilin mart ayında fevral ayına nisbətən yükdaşıma qiymətləri 2,5%, o cümlədən boru kəməri nəqliyyatı ilə neft və qazın nəql olunma qiyməti müvafiq olaraq 4,5% və 2,7%, ölkələrarası yükdaşıma qiymətləri dəmir yolu və hava nəqliyyatında 2,7%, dəniz nəqliyyatında 3% azalıb, avtomobil nəqliyyatında 8% artıb, ölkədaxili yükdaşıma qiymətləri sabit qalıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook