SON XƏBƏR

“Ötən il Azərbaycanda 44 ton qan tədarük olunub” – Nazir müavini

Avqust 22
11:49 2019
Son illər Azərbaycanda qan tədarükü artıb. 2005-ci ildə 10 tona yaxın, 2018-ci ildə 44 ton qan tədarük olunub. Yəni qan tədarükü 4.5 dəfə artıb.

Trend-in məlumatına görə, bunu Bakı Konqres Mərkəzində keçirilən 19-cu Beynəlxalq Gənclər Forumunda Səhiyyə nazirinin müavini Elsevər Ağayev deyib.

Onun sözlərinə görə, Azərbaycanda 2000-ci illərə qədər qan donorluğu sahəsində problemlər var idi: "Amma 2005-ci ildə Heydər Əliyev Fondunun Prezidenti, Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyevanın "Talassemiyasız həyat naminə” layihəsinə start verməsi bu sahədə olan problemləri aradan qaldırdı. Ölkənin hər yerində təsdiq olunan plana uyğun olaraq qanvermə aksiyaları keçirilir”.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook