SON XƏBƏR

Ötən ay Naxçıvanda 454 yeni abunəçi internetə qoşulub

Mart 23
09:17 2017
Muxtar respublikada yeni texnologiyaların tətbiqi və əhaliyə keyfiyyətli poçt, rabitə, internet və teleradio xidmətlərinin göstərilməsi diqqət mərkəzində saxlanılır.
 
Fevral ayında da bu istiqamətdə mühüm tədbirlər həyata keçirilib.
 
Naxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, muxtar respublikada yaşayış məntəqələrinə fiber-optik kabel xəttinin çəkilməsi və sürətli internetə çıxış imkanının yaradılması sahəsində görülən işlər davam etdirilir. Fevral ayı ərzində muxtar respublikada, ümumilikdə, 770 metr fiber-optik kabel xəttinin tikintisi həyata keçirilib, Genişzolaqlı Asinxron Rəqəmli Abunəçi xətti texnologiyası vasitəsilə 454 yeni abunəçi internetlə təmin olunub.
 
Mövcud avtomat telefon stansiyaların nömrə tutumlarının artırılması işi də fevral ayında davam etdirilib, nəticədə, 240 yeni telefon nömrəsi istismara verilib. Bu dövrdə Naxçıvan Muxtar Respublikası İnternet və Yeni Texnologiyaların Tədrisi Mərkəzində 6 ümumi və 6 fərdi qrup yaradılıb, 55 dinləyicinin kompüter kurslarında iştirakı təmin edilib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook