SON XƏBƏR

Temperatur 20 dərəcəyə qalxacaq

Aprel 05
13:13 2018
Bakıda və Abşeron yarımadasında aprelin 6-da hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir

Səhər bəzi yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək. 
 
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən verilən məlumata görə, havanın temperaturu Abşeron yarımadasında gecə 5-7, gündüz 10-15,  Bakıda gecə 5-7, gündüz 13-15 dərəcə isti olacaq.
 
Azərbaycanın rayonlarında aprelin 6-da hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin günün birinci yarısında bəzi yerlərdə yağış yağacağı gözlənilir.  Gecə və səhər ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi əsəcək. 
 
Havanın temperaturunun gecə 4-9, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 8-13 dərəcə isti olacağı gözlənilir.





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook