SON XƏBƏR

Telman İsmayılov çökdürülür

Oktyabr 13
23:00 2015
A+  A-


Telman İsmaylovun sahib olduğu bazarı əlindən alına bilər.

Anspress-in məlumatına görə, Ukrayna parlamentinin 25 deputatı hüquq-mühafizə orqanlarının və Dövlət Vergi Xidmətinin rəhbərliyinə Odessa vilayətindəki keçmiş "Yeddinci kilometr”, indiki "Avanqard” bazarı haqda şikayət göndərib.

Şikayətdə deyilir ki, bu bazarın ortağı olan Yuri İvanşenko qaçaqmalçılıq, reyder hücumları və Luqansk separatçılarının maliyyələşdirilməsi ilə məşğul olur. Bu barədə sənədi imzalayan deputatlardan biri belə deyib. Bazarda alver edənlərə "haqq” qoyulub, milyardlarla qriven büdcədən yan keçir.

"Yura Yenakiyevski” kimi tanınan İvanşenko devrilmiş prezident Viktor Yanukoviçin adamıdır, o, Regionlar partiyasından deputat olub. "Yeddinci kilometr” bazarının səhmlərinin 53 faizi Azərbaycan əsilli oliqarx Telman İsmayılovun "AST" şirkətlər qrupunun mülkiyyətindədir.
 
"Yeddinci kilometr”, "Avanqard" bazarı  indiki 2010-cu ildə bazarın direktoru Viktor Dobryanski və qızı İrina səhmlərin 52 faizini satıb. Bu səhmlərin alıcısı isə "AST” şirkətlər qrupu rəhbəri Telman İsmayılov olub. Bu barədə yazılmış xəbərlərdə deyilir ki, Telman İsmayılov bazarı Yanukoviçin adamı İvanşenkoya pay ayırmaqla alıb. Daha sonra İvanşenko bazarda 21 faiz payının olduğunu təsdiqləyib.

Telman İsmayılovun barəsində bu ilin oktyabrın 6-da "Bank Moskva” tərəfindən iddia qaldırılıb. Bank oliqarxın ona borclu olduğu 213 milyon dolları ödəmək qabiliyyətinin olmadığını bildirir və iş adamını müflis elan etməyi tələb edir.

"Moskva bankı"

İddia Moskva arbitraj məhkəməsinə 14 iyulda daxil olub. Üçüncü tərəf kimi dinləməyə Böyük Britaniyanın Virciniya adalarında qeydiyyatda olan "Ruslan 2000" MMC kompaniyası da cəlb edilib. Bu firmanın fəaliyyətinin əsas növü daşınmaz əmlakın idarə olunmasıdır.

2012-ci ilin fevral ayından 2014-cü ilə kimi "Moskva bankı" "Ruslayn 2000" MMC və Holland Tropicano Finance B.V. şirkətinə ümumi məbləği 230 milyondan dollardan çox olan üç kredit verib. Bankın iddiasına əsasən, hər iki şirkət AST ilə əlaqəli olub və onun benefisiarı Telman İsmayılov kredit qaytarılacağı vaxtı özü müəyyən edib.

İddiada deyilir ki, nə götürülən kreditin faizi, nə də, borcun özü ödənilməyib. Odur ki, oktyabrın birinə kimi bütün cərimələr və gecikdirilmiş faizlərlə birgə ümumi borc 286,4 milyon dollara çatıb. "Moskva bankı"ndan verilən açıqlamda isə bildirilir ki, Telman İsmayılov xeyli vaxtdır ki, pul öhdəliklərini icra etmir və o, ödəmə qabilliyyətli deyil. Bununla əlaqədar olaraq, bankın hüquqşünasları Telman İsmayılovu məhkəməyə verib və onu müflis olmuş kimi tanımağı tələb edib.
 
Telman İsmayılov - AST Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderi

"AST" şirkətlər qrupunun rəhbəri, eyni zamanda adı Rusiyanın ən zəngin biznesmenlərinin siyahısına daxil olan sahibkar İsmayılov ilk dəfə 2009-cu ildə kiçik topdan satış ticarət mərkəzinin paytaxtı olan Çerkizovski bazarındakı fəaliyyətinə görə, gündəmə gəlmişdi. Bazarda bir müddət hüquq-mühafizə orqanları tərəfindən yoxlamalar aparılıb. Bu hadisədən sonra bazar çoxsaylı pozuntuların aşkar olunduğuna görə bağlanıb.

T.İsmayılovun başqa Rusiya banklara, o cümlədən, Türkiyə banklarına, şirkətlərə, fərdi şəxslərə yüz milyonlarla dollar borcu olduğu da deyilir.

İsmayılov Telman Mərdan oğlu 1956-cı ildə Bakıda anadan olub. Həyatının çox hissəsini Rusiyada keçirən Telman İsmayılov hazırda da Rusiyada yaşayır və "AST" Şirkətlər Qrupunun sahibi, Rusiya milyarderidir. O, Türkiyənin Antalya şəhərində beş ulduzlu "Mardan Palace" adlı otel inşa etdirib, İsrailin Akko şəhərində atasının adına sinaqoq tikdirib. 

 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook