SON XƏBƏR

Tələbələrdən hər il 3,6 milyon qazanan rektor kimdir?

Oktyabr 22
13:14 2018
Bakı Dövlət Universiteti kimi qocaman ali məktəb 1999-cu il yanvarın 11-dən "çarıqlı milyoner”in - rektor Abel Məhərrəmovun rəhbərliyi altında geriləməkdədir.
 
Təxminən 3 ay sonra BDU-ya rektorluğunun 20 ili tamam olacaq A.Məhərrəmov "diktatora” çevrilməkdədir.
 
Onun 20 illik fəaliyyəti dövründə BDU dünya universitetlərinin reytinqinə yaxın belə gedə bilməyib. Bu, həm də Azərbaycan biliyinin göstəricidir.
 
Əgər ölkənin ən mötəbər ali məktəbinə dünya reytinqində yer yoxdursa, qalan ali təhsil müəssisələrindən danışmağa dəyməz.
 
A.Məhərrəmov yubiley karyera yaşına qədər icra başçılarına diplom bağışlamaq, Jurnalistika fakültəsinin dekan müavini Aytəkin Zeynalovanın məlum səs yazısı və ən nəhayət, yeyintilərlə gündəmə gəlib.
 
Anaxeber.info-nun yaydığı məlumata görə, rektorluğunun 20 illiyi ərəfəsində A.Məhərrəmov büdcə vəsaitlərini talan etməklə yenidən gündəmə gəlib.
Abeliksin "udduğu” 10 milyon...
 
Bu faktlar yeni ildən - yanvardan BDU-ya təzə və gənc rektor təyin olunmasını zəruri edir. Onlarla tanışlıqdan əvvəl bildirək ki, Hesablama Palatasının, Maliyyə Nazirliyinin universitetin fəaliyyətini təftiş etməyə ciddi ehtiyac var.
 
Belə ki, ötən ilin noyabrında prezident İlham Əliyevin sərəncamı ilə Bakı Dövlət Universitetinə publik hüquqi şəxs statusu verildi. Sərəncama əsasən, təhsil müəssisəsi müstəqil idarəçilik sisteminə keçməlidir.
 
Bunun anlaşılan izahı budur ki, adıçəkilən universitetlərin dövlət büdcəsindən asılılığı minimuma endirilməli və özlərini maddi baxımdan idarə etmələrinə zəmin hazırlanmalıdır. Yəni, dotasiyaya son...
 
Əslində, 2000-ci ilin 13 iyulundan mərhum Heydər Əliyevin BDU-ya özünümaliyyələşdirmə muxtariyyəti verilməsi haqqında fərmanı var. Amma A.Məhərrəmov prezident sərəncamını gözardı edərək 1 ilə yaxındır onu icra eləmir.
 
Publik hüquqi şəxs sisteminə keçiddən sonra dövlət büdcəsindən maliyyələşmə tamamilə dayandırılmalıydı.
 
BDU-nun rektoru isə prezident İlham Əliyevin sərəncamını quru kağız hesab edir. Məlum olur ki, rektor büdcədən ötənilki vəsaitlərdən iki dəfədən də çox pul istəyib.
 
Bakı Dövlət Universitetinə 2012-ci ildə büdcədən 20 milyon 403 min manat, 2013-cü ildə isə 22 milyon 967 min 593 manat vəsait ayrılıb.
 
Məhərrəmovun istəyi büdcə müzakirələri zamanı normal qarşılanmayıb və nəticədə BDU-ya 2018-ci il üçün 10 milyon manat ayrılmasına qərar verilib.
 
Şok: tələbədən yığılan 3,6 milyon rüşvət...
 
Anaxeber.info media üzərindən yazır ki, A.Məhərrəmovun universitetdə yaratdığı bürokratik əngəllər minlərlə tələbəni zərərə salır.
 
Hər il sözügedən 20 min tələbədən təxminən 4500 nəfəri dövlət imtahanına buraxılır. Onlardan isə 15-20 faizi həmin imtahandan kəsilir.
 
Tələbələrin minimum 10 faizi dövlət imtahanından keçmək üçün 4 min manat ödəmək məcburiyyətində qalır. 4500 nəfərin 10 faizi 450 tələbə edir. Bunu da 4 minə vurduqda normal təşkilatın dövlət büdcəsi formalaşır - 1,8 milyon manat)
 
İki rüblük imtahanlar da eyni qaydada həyata keçirilir. Bu halda birinci rəqəmi - 1 milyon 800 mini ikiyə vurmaq lazımdır. Bu halda 3 milyon 600 min manat alınır.
Bu vəsait yalnız dövlət imtahanında yığılan məbləğdir. Digər imtahan və "zaçot”ları da nəzərə alsaq, hər il BDU-da tələbələrdən milyonlarla manat yığıldığı məlum olar.
 
Eyni zamanda dekanlar, kafedra müdirləri və məktəb direktoruna qohum, eləcə də yerli və dost olan işçilərin analizi aparılır. Rektora yaxınlığı ilə tanınmayan kadrı karyera yüksəlişi gözləmir.
 
Və beləcə 20 ildir BDU-nu öz arzuları ilə idarə edən A.Məhərrəmov bir tərəfdən dövlətin ayırdığı dotasiyanı müəmmalı şəkildə xərcləyir, digər yandan tələbələrin cibindən milyonlar silinir, üstəgəl ilbəil tədrisin keyfiyyəti aşağı düşür, BDU ABU-ya çevrilir.
 
Bunun bir məsuliyyəti də təhsil ocağında yaşı 80-ni, hətta 90-nı keçmiş dekan və kafedra müdirlərinin işləməsidir. İslahatlar getmədiyi üçün universitet yerində sayır.
 
Bir sözlə, 2000-ci ilin 13 iyulunda imzalanmış H.Əliyevin fərmanı, 2017-ci ildə isə İ.Əliyevin imzaladığı sərəncam BDU rektoru tərəfindən icra olunmur.
 
Bu proseslər - yeyinti, tədrisin keyfiyyətsizliyi, rüşvətin ayaq açması, kadr islahatlarının getməməsi bütövlükdə 20 ildir bir postu zəbt edən rektorun gedişini zəruri edir.

Eynşteyni "kölgədə qoyan” akademik və başçıya "hədiyyə”

Anaxeber.info media üzərindən xəbər verir ki, bu həmin rektordur - Qaradağ rayonuna rəhbərlik edən Süleyman Mikayılova 2004-cü ildə - yəni 42 yaşında Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin diplomunu hədiyyə edib.
 
Hələ bu nədir ki? - xatırlayırsınızsa, 2015-ci ilin yanvar ayında Baki Dövlət Universitetinin Hüquq Fakultəsinin Orxan Novruzov adlı tələbəsi kəsirləri olması səbəbindən dövlət imtahanı vermədən hərbi xidmətə gedib.
 
Orxan Novruzov həmin ilin may ayında, rəsmən hərbi xidmətdə olmasına baxmayaraq, kəsirlərini verib qurtarmış olur. Bunu necə etdiyi də möcüzəli deyil.
 
Belə ki, o, may ayında 2 günlük məzuniyyətə gəlir, dövlət imtahanında iştirak edərək "imtahan” verib geri dönür. Nəticədə də passiv tələbəliyini bitirir və diplomunu alaraq 1 il hərbi xidmət keçirir.
 
Azərbaycanda "Təhsil haqqında" Qanuna görə heç bir tələbə əsgərlikdə ola-ola məzuniyyətə gəlib oxuduğu Universitetdə dövlət İmtahanı verib yenidən hərbi xidmət yerinə qayıda bilməz.
 
Bundan əlavə, A.Məhərrəmovun alimlik dərəcəsi akademikdir. Akademik Abel Məhərrəmov, özü yazdığı, kimi 1500 elmi işin müəllifidir. Özü də bu işlər əsasən rektor və həm də deputat olduğu dövrlərdə yazılıbdır.
 
Orta məktəbin adi riyaziyyat biliyi ilə də adi hesablama aparmaq olar. Əgər hər ay cəmi 10 səhifədən ibarət bir elmi iş yazmış olsa belə Abel Məhərrəmovun ancaq bu sahəyə 125 il vaxt ayırması, 15 min səhifəni elmi icadları ilə doldurması lazım idi. Onun isə cəmi 67 yaşı var.
 
Axı bundan başqa Abel Məhərrəmov Azərbaycanın bir nömrəli, təxminən 20 minlik müəllim, tələbə kollektivindən ibarət bir elm ocağının rəhbəri, BDU-nun üzvi kimya kafedrasının müdiri, Azərbaycan Milli Elmlər Akademiyasının akademikidir, həm də Milli Məclisin deputatı olub.
 
Bundan əlavə, sahibi olduğu biznes sahələrində haqq hesabların aparılmasına vaxt lazım olduğunu da nəzərə alsaq Abel müəllimin gördüyü işlərə heç 200 illik ömür də bəs etməz.
 
Eynşteyn ömrü boyu cəmi 300-ə yaxın "cızma qara" etmiş və onun 1905-ci ildə yazdığı xüsusi nisbilik nəzəriyyəsi isə cəmi 7 səhifədən ibarət olub. Bəs onda 1500 elmi əsər necə peyda oldu?!
 
Çox sadə, az qala universitetdə işləyən hər kəs, Abel müəllimin xəbəri belə olmayan yazdıqları elmi işdə, onun adını ya elmi rəhbər, ya da məsləhətçi kimi göstəriblər.
 
Beləliklə, adı bu qədər qanunsuzluqlara qarışan, BDU-nu gözdən salan, reputasiyasını zədələyən, ən əsası H.Əliyevin və İ.Əliyevin veridiy sərəncam, fərmanları yerinə yetirməyən rektorun yerinə enerjili, perspektivli gənc kadr təyin olunmalıdır. Necə ki, təhsil naziri postunda artıq gənc kadr işləyir...

Mənbə: Anaxeber.info
 
Qlobal.az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook