SON XƏBƏR

Təhsil nazirliyinin “QARA QUTUSU” İlham Pirməmmədov MTN”işi”ndə - Təfərrüat

Fevral 07
11:31 2016
İlham Pirməmmədov illərdən bəri təhsil sektoru ilə azacıq maraqlanan hər kəsin tanıdığı bir şəxsdir. Sabiq nazir Misir Mərdanovun "qara qutu”su olan Pirməmmədov yeni nazirin dönəmində xeyli yerdəyişmə yaşadı. Aparat rəhbərliyindən müşavirliyə uzanan bu yolda hər kəs onun "vurulacağı”nı düşünürdü. Çünki Mikayıl Cabbarov vəzifəyə təyin olunan kimi ilk olaraq İqtisadiyyat şöbəsinin müdiri Şahrza Əliyev, Akkreditasiya şöbəsinin müdiri Həbib Zərbəliyev və Qiymətləndirmə və Monitorinq şöbəsinin müdiri Təranə Hacıyeva və təhsil nazirinin köməkçisi vəzifəsini icra edən Rasim Süleymanov tutduqları vəzifədən azad olundular. Misir Mərdanova ən yaxın şəxslər "vurulduğu” halda İlham Pirməmmədov əvvəlki kimi olmasa da, yenə də istədiyini edir. Teref.info yazır ki, ajantv.com-a bu barədə şok məlumatlar daxil olub.
 
Belə ki, daxil olan məlumatlarda sabiq nazir Misir Mərdanovun 11 illik fəaliyyəti dövründə 65 min tələbə köçürülməsinin 54 minini nazirdən gizlin həyata keçirən İlham Pirməmmədov yenə də fərqli yollarla köçürmə biznesinə davam edir.
 
Qeyd edək ki, hələ bir müddət öncə xəbər yayılmışdı ki, Bakı Dövlət Universiteti, Xarici Dillər Universiteti, Azərbaycan Dövlət Neft Akademiyası, Azərbaycan Texnologiya Universiteti, Azərbaycan Pedoqoji Universiteti və s. Universitetlərə köçürmələr Misir Mərdanovun məktuba çəkdiyi imzadan sonra həyata keçirilərkən, İlham Pirməmmədov məktubun arxasında göstərilən qoşma vərəqlər yenidən əlavə olaraq xüsusi qaydada tərtib olunaraq siyahı süni şəkildə artırılırmış.
 
Bundan sonra 1-ci mərtəbədə ümumi şöbədə qeydiyyata salınaraq, təcili qaydada tələbə köçürmələri həyata keçirilirmişdir. İlham Pirməmmədov aparat rəhbəri olaraq etibardan sui-istifadə etib bu yolla milyonlara sahib olub.Pirməmmədov vəzifəsini qorudu.
 
Baxmayaraq ki, hamı öncə onun yola salınacağını gözləyirdi. Lakin gözlənilən olmadı və o, Təhsil Nazirliyində mövcudiyyətini müşavir olaraq qorumaqda davam edir. Təhsil Nazirliyində "köçürmələr və saxta diplom kralı” kimi tanınan İlham Pirməmmədovla bağlı Ajantv.coma-a daxil olan son məlumat isə kifayət qədər ilgincdir. Belə ki, bizə daxil olan məlumatlar Pirməmmədovun həbsdən qurtarmasının mümkünsüz olduğunu göstərir. Adının çəkilməsini və mediada hallanmasını istəməyən şəxsin iddiasına görə İlham Pirməmmədova və özünü onun kirvəsi kimi təqdim edərək ortada vasitəçi olan şəxsə 5(beş) min manat rüşvət ittihamı var.
 
Belə ki, şikayətçımız ABU məzunu olsa da bəlli səbəblərdən diplomunu ala bilməyib. Bir neçə il bu problemin həlli ilə uğraşan gənc bu işi həll edəcək şəxslə rastlaşır. Onu da bildirək ki, yuxarıda da qeyd etdiyimiz kimi özünü İlham Pirməmmədovun kirvəsi kimi təqdim edən və mətbuat sahəsində çalışdığı bildirilən həmin adamın adı və şəxsiyyəti bizə bəllidir və növbəti saylarımızda bu adı açıqlayacağıq. Beləliklə, şikayətçimizdən ötən ilin noyabrında diplom probleminin həll olunması üçün şikayətçidən 5 min manat alınıb və ortada olan vasitəçi kirvə ilə birgə Təhsil Nazirliyinin binasında İlham Pirməmmədovun qəbuluna salınıb. Pirməmmədov problemi yaxın vaxtda həll edəcəyinə söz verib bununla bağlı nazirliyin məsul işçisi İlyar Vahabova göstəriş verdiyini bildirib.
 
Görüşün üstündən aylar keçməsinə baxmayaraq problem həll olunmayıb. Əvəzində bildirilib ki, həmin 5 min manat İlham Pirməmmədova verilib, İlyar Vahabova da iki min manat verilməlidir ki, iş həll olunsun. Bütün bunlardan sonra dolandırıldığını başa düşən şikayətçi baş verənlərlə bağlı təhsil naziriri Mikayıl Cabbarova və Respublika Prokurorluğu Korrupsiyaya Qarşı Mübarizə İdarəsinə rəsmi müraciət ünvanlayıb. Həmin müraciətdə ba verənlər ətraflı şəkildə yazılmaqla yanaşı ötən müddət ərzində vasitəçilərlə telefon danışıqları və şəxsi söhbətlərin audio yazısı təqdim olunub ki, bu səsyazmalarında da alınan pulun İlham Pirməmmədova verildiyi aydın şəkildə bildirilir.
 
Onu da bildirək ki, şikayətçimiz İ.Pirməmmədovla görüşdə onun vasitəçi olan şəxsə mətbuatda nazir Mikayıl Cabbarova qarşı təbliğat aparılmasını tapşırdığı olduğuda bildirilib. Digər tərəfdən İlham-İlyar cütlüyü isə necə deyərlər, heçnə olmamış kimi yenidən "bazarlıqlarını” davam etdirdilər. Hətta Təhsil Naziri Mikayıl Cabbarov bu iki şəxsin qanunsuz əməllərinə dur deməyə belə cürət çatmadığıda göz qabağındadı.Amma, buna baxmayaraq kiçik qisas kimi İlham Pirməmmədov vəzifədən uzaqlaşdırılması və Texniki Universitetə göndərilməsi soyuq münaribənin bitmədiyini bildirir.
 
Bu o demək deyildi ki, İ. Pirməmmədov bütün məsuliyyətdən qurtuldu. Əsala yox - nazirlikdən məlumat verən mənbə iddia edir ki, İ. Pirməmmədovun nazirlikdən uzaqlaşdırılması heç də törətdiyi əməllərin ört-basdır etməsi üçün planlaşdırılmayıb. Bundan başqa, Təhsil nazirliyindən Texniki Universitetə transfer olunan İ. Pirməmmədovun adı MTN”işi”ndə də hallanır. Saxta köçürmələr və əlbir hadsələr içində olan , sabiq müşavir , Akif Çovdarovla da gizli iş birliyinin qurduğun deyən mənbə, həmin saxta köçürmələrdən və Elşad Abdullayevin başına gətrilən böyük oyunların səbəbkarı kimi Pirməmmədovun əli olduğunu iddia edib. Onun dediyinə görə, Pirməmmdov dəfələrlə hüquq- mühafizə orqanlarına verilsədə, bu məsələdən təmiz çıxmasna Eldar Mahmudovun bir zəngi bəs edib.
 
Daha sonra mənbə bildirir ki, Pirməmmədov və onun yaxın pul dağarcığı İlyar Vahabov keçmiş MTN çetesində təhsil üzrə gizli ajanlardan biri olub. Pirməmmədov-İlyar çütlüyü keçmiş MTN ilə bağlı daxil olan məlumatlar əməkdaşlarımız tərəfindən araşdırılır. Bu istiqamətdə araşdırmalarımız davam edir. Onuda qeyd edək ki, MTN çetesində yer alan təhsil maqnatları ilə bağlı bir digər mənbə şok yarada biləcək məlumatlar vrib. Təhsil nazirliyindəki mənbəmiz İlham – İlyar çütlüyünün imza atdıqları çox ciddi bir sənədi əməkdaşlarımıdn birinə verib. Bu barədə geniş açıqlamaları növbəti yazlarda oxuya biləcəksiniz…
 
Teref.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook