SON XƏBƏR

Təhsil Nazirliyi summativlərə görə şagirdlərdən pulun yığılmasına münasibət bildirib

Sentyabr 24
11:21 2018
Təhsil Nazirliyi orta məktəblərdə summativlərin keçirilməsi üçün tələb olunan materialların çapına görə şagirdlərdən pulun yığılmasına münasibət bildirib.

Trend-in məlumatına görə, Təhsil Nazirliyinin sektor müdiri Vidadi Bağırov bildirib ki, summativlərin keçirilməsinə görə şagirdlərdən pul yığmaq məqbul hal deyil:

"Ümumiyyətlə, məktəbin müəyyən maliyyə imkanları olmalıdır. Bununla bağlı məktəblər üçün vəsaitlər də nəzərdə tutulur, məktəblər həmin vəsaitlə summativləri keçirirlər. Elə məktəblər var ki, onlar sponsor köməyindən istifadə edirlər. Amma summativləri bayraq edib pul yığmaq məqbul hal deyil”. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook