SON XƏBƏR

Təhsil nazirinin İsmayıllıda açılışını etdiyi məktəbin su novları yoxdur - FOTOLAR

Sentyabr 18
11:31 2019
Sentyabr ayının 17-də İsmayıllı rayonu Basqal qəsəbə tam orta məktəbinin açılış mərasimi keçirilib.
 
Açılış mərasimində Təhsil naziri Ceyhun Bayramov, İsmayıllı Rayon İcra Hakimiyyətinin başçısı Mirdaməd Sadıqov, İsmayıllı Rayon Təhsil Şöbəsinin müdiri Rasim Orucov, məktəb kollektivi, valideynlər və yerli sakinlər iştirak ediblər.
 
Açılış mərasimindən yayılan fotolar sosial şəbəkələrdə ciddi müzakirə mövzusuna çevrilib. Belə ki, yeni istifadəyə verilən məktəbin dam örtüyündə yağış sularının binanın təməlindən kənarlaşdırılması üçün su novları və borular quraşdırılmayıb.
 
Xatırladaq ki, ki, Ismayıllı rayonu Basqal qəsəbə tam orta məktəb 432 şagird yerlikdir. Məktəb binasında 1 fizika, 1 kimya, 1 biologiya laboratoriyaları, 18 sinif otağı, əmək otaqları, kitabxana və oxu zalı, informatika otağı, 80 yerlik yeməkxana, 190 yerlik akt zalı, idman zalı yerləşir. Məktəb binasında videomüşahidə, yanğın əleyhinə siqnalizasiya sistemləri, internet və telefon xətləri çəkilib. Məktəb binasının istiliklə təmin olunması üçün təbii qazla işləyən müasir tələblərə cavab verən qazanxana və nasosxana da təchiz edilib. 
 
Qlobal.az
 

 

 

 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook