SON XƏBƏR

Təhsil naziri: "Elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır"

Avqust 14
00:11 2020
"COVİD-19 pandemiyası şəraitində növbəti tədris ilində təhsil müəssisələrinin fəaliyyətinin bərpası ilə bağlı hazırlanmış təkliflərə görə Azərbaycan Respublikasının Təhsil İnstitutuna təşəkkürümü bildirirəm". 

APA-nın məlumatına görə, bunu Təhsil naziri Emin Əmrullayev bildirib. Onun sözlərinə görə, elmi tədqiqatlara əsaslanmaq verilən qərarların səmərəliliyini artırır:

"Mövzu ilə bağlı rəy və təkliflərinizi eşitmək çox maraqlı olardı. Təhsil Nazirliyi ictimai rəyin öyrənilməsinə və vətəndaşların qərarların qəbul edilməsində iştirakına böyük önəm verir. Xüsusi olaraq vurğulamaq istərdim ki, bu mövzu ilə bağlı "səhv" və ya "düz" fikir yoxdur, bütün rəylər və tövsiyələr faydalıdır. Rəy və təkliflərinizə görə hər birinizə  əvvəlcədən dərin minnətdarlığımı bildirirəm".



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook