SON XƏBƏR

Təhsil İdarəsi: Hazırda 42 Bayıl sakini məktəbdə məskunlaşıb

Fevral 06
16:11 2018
Bayıl yamacındakı sürüşmə sahəsində yaşayan sakinlərdən 73 nəfəri 24 yanvardan müvəqqəti olaraq Bakı şəhərindəki 163 nömrəli tam orta məktəbin akt zalı və 3 tədris otağında yerləşdirilib.
 
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) İctimaiyyətlə əlaqələr sektorundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, hazırda həmin sakinlərdən 42 nəfəri məktəbdə məskunlaşıb.
 
"Səbail Rayon İcra Hakimiyyətindən onların köçürülməsi ilə bağlı yaxın müddətdə qərar veriləcəyi deyilib. Məktəbdə müvəqqəti məskunlaşan sakinlərin bütün zəruri ehtiyacları ödənilir”, - İdarədən bildirilib.
 
Qeyd edək ki, Bayıl yamacında sürüşməyə meylli, riskli ərazidə 67 ev müəyyənləşib. Sakinlərin köçürülməsi üçün ərazidəki idarə, təşkilat və müəssisələrdə müvəqqəti sığınacaqlar yaradılıb.









Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook