SON XƏBƏR

Tehranın deputatı Azərbaycan dilinin tədrisini istəyir

Sentyabr 24
00:33 2018
Tehranın İran parlamentindəki millət vəkili Təyyubə Siyavuşi Şahinayəti ölkədəki qeyri-fars millətlərə məxsus dillərin tədris olunmasını istəyib.

Qlobal.az axar.az-a istinadən xəbər verir ki, millət vəkili yerli dillərin tədrisi ilə bağlı İran Konstitusiyasının 15-ci maddəsinin icrasını tələb edib.

"Konstitusiyanın 15-ci maddəsi fars dili ilə yanaşı digər yerli dillərin məktəblərdə tədrisini təkid edir. Ona görə də geyimlə məşğul olmaqdansa, məktəblərdə yerli və ana dilinin tədrisi məsələsini həll etmək lazımdır”, - o bildirib.

T.Siyavuşi Şahinayəti vurğulayıb ki, məktəblərdə ana dilinin tədrisi prioritet məsələ olmalıdır.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook