SON XƏBƏR

Tehrandakı terror hücumlarının arxasından bu təşkilat çıxdı: İran polisi bəyanat yaydı

İyun 07
16:00 2017
İran Daxili İşlər Nazirliyi bu gün Tehranda silahlı hücumlarla əlaqədar məlumat yayıb.
 
"Qaynarinfo"nun məlumatına görə, nazirlik hadisələrin baş verdiyi ərazilərdə vəziyyətin nəzarət altına alındığını və narahatlığa əsas olmadığını bildirib.
 
İŞİD terror qruplaşması Tehrandakı teraktlara görə məsuliyyıti öz üzərinə götürdüyünü bəyan edib.
 
Qeyd edək ki, bu gün bir neçə silahlı şəxs İran parlamentinə, həmçinin Tehranın cənubunda Xomeyninin məqbərəsinə hücum edib. Tehran metrosunda partlayış törədilib. Silahlı insident nəticəsində 2 nəfər ölüb və 10 nəfərə yaxın şəxs yaralanıb. Terrorçular biri qadın olmaqla 4 nəfər olublar. 



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook