SON XƏBƏR

Tehranda Qasım Süleymani ilə vida mərasimi keçirilir

Yanvar 06
11:45 2020
Bu gün Tehranda yanvarın 3-də gecə Bağdad aeroportu yaxınlığında ABŞ pilotsuz uçuş aparatından endirilən zərbə nəticəsində öldürülən İran İslam İnqilabı Keşikçiləri Korpusunun xüsusi təyinatlı Qüds Qüvvələrinin komandanı general Qasim Süleymani ilə vida mərasimi keçirilir.

Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, vida mərasimi Tehran universitetində təşkil olunub.

Hazırda universitetin ətrafına 100 mindən çox insan toplanıb. Mərasimdə İranın Ali Rəhbəri Ayətullah Əli Xamneyi, Prezident Həsən Ruhani və digər rəsmi şəxslər iştirak edirlər. Tehranın mərkəzi küçələrində hərəkət məhdudlaşdırılıb və yüksək səviyyədə təhlükəsizlik tədbirləri həyata keçirilir. Yerli KİV nümayəndələri ilə yanaşı, Tehranda akkreditasiya olunaraq fəaliyyət göstərən xarici ölkələrin jurnalistləri də mərasimi işıqlandırırlar. İranın dövlət televiziyası mərasimi canlı yayımlayır. Vida mərasimindən sonra vəsiyyətinə uyğun olaraq generalın nəşi doğulduğu Kirman şəhərinə aparılaraq orada dəfn ediləcək.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook