SON XƏBƏR

Tehranda ermənlərdən "Türkə ölüm, Azərbaycana ölüm" şüarları ilə yürüş - FOTOLAR

Aprel 24
17:46 2016
24 aprel 1915-ci il hadisələrinin ildönümünü qeyd etmək üçün bugün Tehranda yerləşən "Griqoryan” kilsəsində ermənilər türklərə qarşı aksiyalar keçirib.
Turkustan.info xəbər verir ki, Ermənilər "Griqoryan” kilsəsindən Tehrandakı Türkiyə böyük elçiliyinin önünə yürüş təşkil ediblər. İran polisi isə aksiyaçıların təhlükəsizliyini təmin edib.
 
Ermənilər Tehranın müxtəlif istiqamətlərində əllərində Ermənistan və İran bayraqları, Azərbaycan və Türkiyə əleyhinə "Türkə ölüm”, "Azərbaycana ölüm” kimi şüarlar səsləndiriblər.
 
Onu da vurğulayaq ki, hər zaman Türkə qarşı birləşən İran molla rejmi, hər il bu qondarma hadisələrlə bağlı ermənilərə böyük dəstək verərək, Türkiyə və Azərbaycan əleyhinə işlər görür.
 
Güney Azərbaycanda Hərəkat baş qaldırandan bu günə kimi milyonlarla güneyli Xocalı soyqırımını anmaq üçün İran hakimiyyətinə müraciət edir. Amma təəssüflər olsun ki, özünü şiə adlandıran İran Xocalı soyqırımını anmağa icazə vermir. Amma ermənilərin qondarma soyqırımla bağlı keçirdikləri mitinqin xərcini belə özü çəkir, həmçinin onların təhlükəsizliyini təmin edir.
 
Qlobal.az
 


 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook