SON XƏBƏR

Teatr direktorundan xalq artistinə ittiham: "Soyadı Abezyan olub, dəyişdirib" - FOTO

Avqust 17
11:51 2019
İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru İftixar Piriyev xalq artisti, 1988-2000-ci illərdə İrəvan Dövlət Azərbaycan Dram Teatrının direktoru və bədii rəhbəri vəzifəsində çalışmış Vidadi Əliyev barəsində ciddi ittihamlar səsləndirib. 
 
Teatr direktoru şəxsi feysbuk səhifəsində yazdığı məqalədə xalq artistini teatra rəhbərlik etdiyi illərdə ciddi yeyintilərə yol verdiyini və əvvəllər erməni soyadı (Abezyan) daşıdığını iddia edib. 
 
 
Xalq artisti Vidadi Əliyev
 
Xatırladaq ki, Vidadi Əliyev Azərbaycan kinematoqrafiyasının inkişafında xidmətlərinə görə bu ilin iyul ayının 31-də dövlət başçısı tərəfindən xalq artisti adına layiq görülüb. 
 
Vidadi Əliyev 2007-ci ildə Azərbaycan Teatr Xadimləri İttifaqının Qızıl medalı, 2013-cü ildə isə "Tərəqqi" medalı ilə təltif olunub. 
 
Vidadi Əliyev televiziya prodüseri, tanınmış rejissor Oqtay Əliyevin və teletənqidçi Elçin Əlibəylinin atasıdır. 
 
Qlobal.Az
 

 





Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook