SON XƏBƏR

Tayvanda pişik və itlərin kəsilməsi qadağan edildi!

Aprel 13
05:56 2017
Tayvanda Heyvan Qoruma Qanununu genişləndirmək və günahkarlara verilən cəzaların artırılması üçün hazırlanan qanun layihəsi qəbul edilib.
Dövlət Gömrük Komitəsi yenidən rüşvət yuvasına çevrilir? – Gömrüyə ittiham

Qanuna görə ət üçün pişik və itlərin öldürülməsi qadağan olunub. Yeni tənzimləməyə görə heyvanların qoşqu vasitəsi kimi istifadə olunması da yasaqlanıb. Qanunu pozan şəxslər 2 il həbsə məhkum ediləcək. Pişik və it əti satan və ya yeyənlərə 250 min Tayvan dolları (təxminən 8 min ABŞ dolları), heyvanlarını qoşqu vasitəkimi istifadə edənlərə də 15 min Tayvan dolları (təxminən 500 ABŞ dolları) pul cəzası veriləcək. Heyvanlara əziyyət verən şəxslərin adları və fotoşəkilləri də ictimaiyyətə elan ediləcək. Daha əvvəllər xeyli it əti istehlak edilən Tayvanda 2001-ci ildə pişik və it kimi ev heyvanların ətlərinin və kürklərinin iqtisadi məqsədlərlə satışı qadağan edilmişdi. Tayvanın keçən il hakimiyyətə gələn ilk qadın lideri Tsai İng-ven seçki kampaniyasında heyvan sevgisini ön plana çıxarmışdı. Tsainin üç iti, iki pişiyi var. Uzaq Şərqdə pişiklər və itlər, ətləri, dəriləri və kürkü üçün öldürülür. Xüsusilə, Çində hər il 10-20 milyon köpək əti üçün öldürülür.
 
azadliq.info



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook