SON XƏBƏR

“Tata Steel Masters-2019”: Teymur Rəcəbov heç-heçə edib, Şəhriyar Məmmədyarov isə məğlub olub

Yanvar 21
00:18 2019
"Tata Steel Masters-2019” turnirində şahmatçılarımız daha bir turu başa vurublar.

Növbəti partiyada azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Hindistan şahmatçısı Vişvanatan Ananda məğlub olub, Teymur Rəcəbov isə hollandiyalı Yorden Van Forestlə heç-heçə edib.

Qeyd edək ki, dünya üçüncüsü olan şahmatçımız Ş.Məmmədyarov 8 turun altısını heç-heçə başa vurub, ikisindən məğlub ayrılıb. Digər təmsilçimiz T.Rəcəbov isə 1 oyunda qalib gəlib, qalan partiyaları heç-heçə başa vurub.

Səkkizinci turun oyunları davam edir.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook