SON XƏBƏR

Tanınmış pedaqoq: "Hər bir seçicini yekdilliklə Afət Həsənovaya səs verməyə çağırıram”

Fevral 03
20:57 2020
"Afət xanım savadı, peşəkarlığı ilə seçilir, yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə malikdir". 
 
Qlobal.az xəbər verir ki, bu sözləri Azərbaycanın tanınmış pedaqoqlarından olan Laçın Səfərəliyev bildirib. 
 
Uzun illər Quba Dövlət Sosial-İqtisadi Kollecinin direktoru vəzifəsində çalışan Laçın Səfərəliyev 32 saylı Suraxanı rayon Üçüncü seçki dairəsindən deputatlığa namizədliyi Yeni Azərbaycan Partiyası tərəfindən irəli sürülmüş Afət Həsənovanı gənc yaşlarından tanıdığını deyib: "Afət xanımı gənc yaşlarından tanıyıram. O zamanlar gənc olmasına baxmayaraq ictimai fəaliyyəti ilə yadda qalmışdı. Orta məktəbi yüksək nəticələrlə bitirdikdən sonra Moskva şəhərində Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı Mərkəzi Komitəsi yanında Ali Komsomol Məktəbində təhsil aldı. Quba rayonuna qayıtdıqdan sonra bir yerdə işləmişik. İşlədiyi müddət ərzində rayon ictimayyətinin hörmətini qazanmağı bacardı. Onu da qeyd edim ki, Afət xanımın valideynlərini də ziyalı və hörmətli bir ailə kimi tanıyırdım. Ailə həyatı qurduqdan sonra Zəngilan rayonunda yaşamalı oldu. Daha sonralar isə Afət xanım elmi fəaliyyətini Bakı Slavyan Universitetində davam etdirir. Quba rayonuna yenidən qayıtdıqdan sonra rayonun ictimai həyatında müstəsna xidmətləri olmuşdur. Bu fəaliyyətini Suraxanı rayonunda da uğurla davam etdirdi".
 
Laçın Səfərəliyev 32 saylı Suraxanı rayon Üçüncü seçki dairəsinin seçicilərinə çağırış edərək onları 9 fevral tarixində fəal olmağa, seçki məntəqələrinə gedərək Afət Əbil qızı Həsənovaya səs verməyə dəvət edib.
 
"Afət xanım savadı, peşəkarlığı ilə seçilir, yüksək təşkilatçılıq və idarəçilik qabiliyyətinə malikdir. Mən əminəm ki, o, 32 saylı Suraxanı rayon Üçüncü seçki dairəsinin seçicilərinin etimadını qazanacaq. Hər bir seçicini yekdilliklə Afət Həsənovaya səs verməyə çağırıram”-deyə, qeyd edib. 
 
Qlobal.az




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook