SON XƏBƏR

Tanınmış aktyorun Corc Qafarovla bağlı paylaşımı hər kəsi kövrəltdi

Dekabr 24
18:03 2019
Xəbər verdiyimiz kimi, müğənni Roza Zərgərlinin övladlığa götürdüyü Corc Qafarov Qaraçuxur bələdiyyəsinin üzvü seçilib. Onun ata adının əvəzinə XXX yazılması sosial mediada tənqid olunmasına, hətta ələ salınmasına səbəb olub.

Aktyor Rza Rzayevin isə Corc Qafarovla bağlı paylaşımı ilə hər kəsi kövrəldib. Həmin statusu təqdim edirik:

"Dostlar, məcbur oldum, yazdım. Corc, bağışla məni. "Dolu" filminin çəkilişləri zamanı bir neçə səhnədə hamı ağlamışdı, amma məni daha çox ağladan Corc oldu!

Corc da "Dolu” filmində çəkilirdi, uşaq idi onda. Çəkiliş olmayan günü yaradıcı heyət ilə birlikdə çay içirdik, aktyorlardan biri söhbət əsnasında Corca sual etdi ki, "Anan sağdı, gəlir sizi görməyə?"

Corc dedi ki, "Hə, yemək də gətirir, bizi yedirdir, amma gedəndən sonra hamısın qaytarıram!"

- Niyə?
- Çünki, anam xəstədi, "yeməkləri"  zibillikdən yığıb gətirir, yeyirəm ki, pis olmasın!

İki gün ağladım və ondan sonra Corcla üz-üzə gəlməmək üçün gizləndim! Və neçə illərdi onu görmürəm, bələdiyyəyə üzv seçilib, uğurlar arzu edirəm! Dostlardan ona dəstək istəyirəm!"



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook