SON XƏBƏR

Talış kəndi ətrafındakı əlverişli yüksəkliklər düşməndən təmizləndi (RƏSMİ)

Sentyabr 28
10:05 2020
Ermənistan silahlı qüvvələrindən azad edilən yüksəkliklərdən və əlverişli mövqelərdən hərəkətə keçən Azərbaycan Ordusunun bölmələri əldə olunmuş müvəffəqiyyəti artırmaq məqsədilə əks-hücum əməliyyatını davam etdirir.

Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. 

Düşmənin müqavimət göstərdiyi mövqelərə raket-artilleriya və aviasiya zərbələri endirilməklə, o sıxışdırılaraq əldə saxlamaq istədiyi hədlərdən geri çəkilməyə məcbur edilir.

Talış kəndi ətrafındakı bir neçə əlverişli yüksəklik işğalçı qüvvələrdən təmizlənib, düşmən xeyli itki verib.
 




Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook