SON XƏBƏR

Taleh Bağırov və Nardaran hadisələrində tutulanların şikayəti ilə məhkəmə başlayır

May 25
12:46 2017
"Müsəlman Birliyi" hərəkatının həbsdə olan sədri Taleh Bağırov və onun birlikdə həbs edilən şəxslərin barələrində çıxarılmış hökmdən verdikləri apellyasiya şikayəti icraata verilib.
 
Musavat.com xəbər verir ki, iş Bakı Apellyasiya Məhkəməsinin hakimi Əmir Bayramovun icraatına verilib.
 
Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərləri şikayətlərində onların barəsində bəraət hökmünün çıxarılmasını istəyirlər.
 
Xatırladaq ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Taleh Bağırov 20, Abbas Hüseynov 20, AXCP sədr müavini Fuad Qəhrəmanlı 10, Cabbar Cabbarov 19,
Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyevin hər biri 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyevin hər biri isə 10 müddətinə azadlıqdan məhrum ediliblər.
 
Adları çəkilən şəxslər 2015-ci il noyabrın 26-da baş verən Nardaran hadisələrindən sonra həbs ediliblər.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook