SON XƏBƏR

Tale Heydərov "LİBRAFF"a rəhbər təyin etdi

Sentyabr 09
10:52 2019
"LİBRAFF" mağazalar şəbəkəsində yeni təyinat olub.

Qaynarinfo xəbər verir ki, bundan sonra mağazalar şəbəkəsinə diksiya mütəxəssisi və aparıcı Cəlalə Nəzəroğlu rəhbərlik edəcək.

Bu barədə C.Nəzəroğlu özü məlumat verib: "Dostlar, mən yeni vəzifəyə təyin olundum. Bundan sonra "LİBRAFF" mağazalar şəbəkəsinə rəhbərlik edəcəm. Göstərilən etimada görə "GİLAN Holdinq" rəhbərliyinə, o cümlədən, Tale Heydərova təşəkkür edirəm".

Qeyd edək ki, Cəlalə Nəzəroğlu son olaraq ASAN Radioda çalışıb.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook