SON XƏBƏR

Tahir Rzayev: Bu gün Azərbaycanın iqtisadiyyatında əsas prioritet qeyri-neft sektorunun inkişafıdır

Dekabr 14
16:42 2017
«Bu gün Azərbaycanın iqtisadiyyatında  əsas prioritet qeyri-neft sektorunun inkişafıdır». Bu fikri Milli Məclisin deputatı Tahir Rzayev deyib.
 
T.Rzayev bildirib ki, qeyri-neft sektorunun tərkibində  sənaye, kənd təsərrüfatı məhsullarının istehsalı, sərmayə qoyuluşlarının artması, qeyri-neft ixracının artırılması və digər məsələlər əsas yer tutur. Onun sözlərinə görə, bu prioritetlərin hər birinin inkişafı ilə bağlı müxtəlilf proqramlar həyata keçirilir.
 
«Şübhəsiz  ki, əsas hədəf  ümimi daxili məhsulun artımına, məşğulluğun səviyyəsinin artımına və əhalinin həyat səviyyəsinin daha da artırılmasına nail olmaqdır. Ən mühüm hədəflərin biri ixrac bazarlarının araşdırılması və Azərbaycan məhsullarının bu bazarlara girişi üçün maneələrin aradan qaldırılmasıdır. Digər tərəfdən, xarici bazarlarda sərt rəqabət şəraitinin mövcudluğu ölkə daxilində istehsalatda ən müasir texnologiyaların tətbiqini və innovativ üsüllardan istifadəni labüd edir»- deyə, deputat qeyd edib.



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook