SON XƏBƏR

Tahir Mirkişili: "Prezident İlham Əliyevin apardığı uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan öz mövqelərini daha da möhkəmləndirib"

Oktyabr 10
12:20 2018
Azərbaycanda həyata keçirilən iqtisadi və institusional islahatlar qısa müddətdə iqtisadi inkişafa və sosial təminata öz müsbət təsirini göstərməyə başlayıb.

Bunu Trend-ə açıqlamasında millət vəkili Tahir Mirkişili Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında Prezident İlham Əliyevin çıxışına münasibət bildirərkən deyib.

O qeyd edib ki, Azərbaycan iqtisadiyyatının bütün sektorlarında dinamik artım müşahidə olunur: "Artımla yanaşı, iqtisadiyyatın strukturunda böyük keyfiyyət dəyişiklikləri müşahidə olunmaqdadır ki, bu da islahatların əsas hədəflərindən biridir. Prezident İlham Əliyevin apardığı gələcəyə yönəlik və dərin təhlillərə əsaslanan iqtisadi və xarici siyasəti nəticəsində Azərbaycan regional iqtisadi əhatə dairəsini getdikcə artırır və öz iqtisadi maraqlarının Avrasiya regionunda təmin olunması yolunda əhəmiyyətli nəticələr əldə etməkdədir. Belə ki, bu il istifadəyə verilmiş Cənub Qaz Dəhlizi layihəsi, SOCAR Polymer zavodu, Bakı Beynəlxalq Dəniz Ticarət Limanı, "Azerspace-2" peyki kimi layihələr ölkəmizə böyük həcmdə iqtisadi fayda verməklə yanaşı, Azərbaycanın təsir imkanlarını artırır, ölkəmizin daha da inkişaf etdirilməsində yeni və dayanıqlı mənbələr yaradır".

Millət vəkili bildirib ki, 2018-ci ilin 9 ayının yekunları iqtisadi artımıb iqtisadiyyatın, demək olar, bütün sektorlarını əhatə etdiyini göstərdi:

"Belə ki, ümumi daxili məhsul 0,8 faiz artıb. Qeyri-neft sektorunda artım 1 faizdir. Sənaye istehsalı 2 faiz, qeyri-neft sənayesi isə 10,8 faiz artıb. Bu da islahat ilində yaxşı nəticə sayılır. Xarici ticarət dövriyyəsinin 37 faiz, ixracın isə 37,3 faiz artması Azərbaycan iqtisadiyyatının ənənəvi və qeyri-ənənəvi bazarlarda mövqelərini möhkəmləndirməsindən xəbər verir. Sənaye istehsalında emal sənayesinin payının getdikcə artması ölkədə əlavə dəyər yaradan sahələrin inkişafına gətirib çıxaran keyfiyyət dəyişiklilərinin müsbət nəticələrindəndir. Bu ilin 9 ayı nəticəsində əhali tərəfindən istehlak olunan ərzaq məhsulları, içki və tütün məhsullarının 80%-nin yerli istehsal hesabına təmin edilməsi iqtisadi təhlükəsizliyimiz üçün çox mühüm nəticədir. Əhalinin gəlirlərinin inflyasiyanı 7% üstələməsi isə insanların rifah halının yaxşılaşmasının göstəricisidir. 2018-ci ilin 9 ayı ərzində 85 000 yeni iş yerinin açılması məşğulluq səviyyəsini daha da artırıb".

T.Mirkişili deyib ki, ümumilikdə son 9 ay ərzində dövlət başçısı tərəfindən aparılan uzaqgörən xarici siyasət nəticəsində Azərbaycan regionda ən etibarlı, sözü və əməli üst-üstə düşən dövlət kimi öz mövqelərini daha da möhkəmləndirib:

"Məhz bu uğurlu mövqe iqtisadiyyatı daha da dinamik inkişaf etdirməyə, islahatları daha da əhatəli aparmağa imkan verir, ölkəyə yeni texnogiyaların cəlb edilməsi ilə insan kapitalı inkişaf edir və bütün bunların nəticəsi isə insanların rifah halının yaxşılaşmasında, onların təhlükəsiz yaşamasında öz əksini tapır və tapacaq. Dövlət başçısı qarşıda duran əsas vəzifələri də müəyyən edərək, məhsuldarlığın, şəffaflığın, xarici bazarlara çıxısın artırılmasını, elmi yanaşmanın və müasir texnologiylarının tətbiqini bir daha önə çəkdi". 
 
Qlobal.Az



Oxşar xəbərlər

XƏBƏR LENTİ

Facebook